Azərbaycandan Avropaya “yaşıl enerji” və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb
Azərbaycandan Avropa ölkələrinə təbii qaz, “yaşıl enerji” və hidrogen tədarükünə dair müzakirələr aparılıb.
“Report” xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında keçirilən görüşdə aparılıb.
Nazir qeyd edib ki, onun Qert Yan Kupman ilə görüşü Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli olub:
“Avropaya təbii qaz, “yaşıl enerji” və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq”.
Oxşar xəbərlər
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib - YENİLƏNİB
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













