SOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni bir mərhələyə start verilib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb.
Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, birinci mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Pilot layihədə isə “Qərbi Abşeron” yatağında daxili resurslar hesabına SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq.
Bu məqsədlə, "upstream" sahəsində çalışan bir sıra SOCAR əməkdaşı beynəlxalq şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını uğurla tamamlayıb.
Bununla yanaşı, ehtiyatların hesablanmasını icra edən əməkdaşlar üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təşkil olunacaq təlimlərin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Cavadova transformasiya layihəsinin strateji əhəmiyyətindən danışıb, ehtiyatların idarə olunmasının mərkəzləşdirilmiş qaydada aparılmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
“SOCAR Green” Azərbaycanın su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılmasına dair memorandum imzalayıb
KMG və SOCAR neft-qaz hasilatında birgə layihələrin icrasını müzakirə edib
SOCAR-ın payçı olduğu şirkətinin İdarə Heyətinə yeni rəhbər təyin edilib
“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
