Rusiya Energetika Nazirliyi: Azərbaycanda müharibə illərində təxminən 50 min kVt yeni güc istifadəyə verilib
sizinxeber.az xəbər saytı

Rusiya Energetika Nazirliyi: Azərbaycanda müharibə illərində təxminən 50 min kVt yeni güc istifadəyə verilib


İkinci dünya müharibəsi illərində Azərbaycanda neft məhsullarının etibarlı istehsalını təmin etmək üçün təxminən 50 min kVt yeni elektrik enerjisi gücü istifadəyə verilib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bakıda neft məhsullarının istehsalı böyük enerji resursları tələb edirdi. Buna görə də müharibənin əvvəlindən respublikada elektrik stansiyalarının intensiv inşası həyata keçirilirdi. Artıq 1941-ci ildə "Sumqayıt-1" İstilik Elektrik Mərkəzi yaradılmışdı – gücü 24 min kVt olan kondensasiya turbini və gücü 25 min kVt olan teplofıkasiya turbini işə salınıb", - mətbuat xidmətindən bildirib.

Həmçinin müharibə illərində "Qırmızı Ulduz"-"Zığ" və "Zığ-Qala" stansiyalarında 110 kV-luq elektrik təchizat xətti çəkilib və istismara verilib. Bu da Abşeronun əsas neft trestlərinin enerji təchizatının etibarlılığını əhəmiyyətli dərəcədə artırıb və "Azerenergo" elektrik şəbəkəsinin əsas 110 kV-luq yarımstansiyalarının ikitərəfli təminatını yaradıb.

"Bundan əlavə, 110 kV-luq yeni "Zığ" yarımstansiyası istismara verilib və Artyom (Pirallahı) adası da daxil olmaqla bütün Əzizbəyov şəbəkə rayonu 35 kV-luq gərginliyə keçirilib", - Rusiya Energetika Nazirliyindən bildirilib.

Oxşar xəbərlər

İkinci Dünya Müharibəsində Azərbaycanda istifadəyə verilən enerji güclərinin həcmi açıqlanıb
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
Azərbaycanın enerji sistemində qoyuluş gücü ötən il 1 %-dən çox artıb
“Güləbird” SES-də 4 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Naxçıvanda alternativ enerji istehsalı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər