SOCAR Türkiyədə iri qaz elektrik stansiyasını almaq üçün danışıqlar aparır
sizinxeber.az xəbər saytı

SOCAR Türkiyədə iri qaz elektrik stansiyasını almaq üçün danışıqlar aparır


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə təbii qazla işləyən elektrik stansiyasının alınması ilə bağlı danışıqlar aparır.

Bu barədə “Report” “Bloomberg HT” telekanalına istinadən xəbər verir.

Bildirilib ki, SOCAR Türkiyənin “Gama Enerji A.Ş.” şirkətinə məxsus 870 meqavat gücündə Mərkəzi Anadolu Qaz İstilik Elektrik Stansiyasının alınması üçün 225-250 milyon ABŞ dolları həcmində təklif təqdim edib. Tərəflər danışıqları bu təklif əsasında davam etdirməyə razılaşıblar.

Məlumatda qeyd olunub ki, Azərbaycan Rusiyadan sonra Türkiyənin ikinci ən böyük qaz təchizatçısıdır və həmçinin Türkiyə üzərindən Avropaya qaz ixrac edir. Sözügedən elektrik stansiyasının alınması SOCAR-a Türkiyənin böyüyən elektrik bazarında mövqeyini gücləndirmək və mövcud qaz təchizatı artıqlığını gəlirə çevirmək üçün alternativ imkanlar yaradacaq.

Bildirilib ki, su elektrik və külək enerjisi stansiyalarına da sahib olan “Gama Enerji” üçün bu satış tənzimlənən tariflər səbəbindən qazla işləyən istehsal müəssisələrinin gəlirliliyinin azalması fonunda bu sahədən çıxmaq imkanı yarada bilər.

Mənbələrin bildirdiyinə görə, SOCAR hələlik məcburi hüquqi qüvvəyə malik təklif təqdim etməyib və mümkün razılaşma hər iki şirkətin idarə heyətlərinin təsdiqindən sonra qüvvəyə minə bilər.

Oxşar xəbərlər

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
Moldova Ukrayna üzərindən tranzit dayandırıldığı üçün Rumıniyadan elektrik enerjisi alacaq
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
Türkiyə şirkətləri 2025-ci ildə Suriyanın elektrik təchizatı ilə məşğul olacaq
“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər