Azərbaycan səfiri Qətərin “Nebras Power” şirkətinin İH sədri ilə yaşıl enerjini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan səfiri Qətərin “Nebras Power” şirkətinin İH sədri ilə yaşıl enerjini müzakirə edib


Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov “Nebras Power” şirkətinin idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru ilə yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Dohadakı diplomatik missiyasının sosial şəbəkə hesabında paylaşım edilib.

“Cənab Mohammed Nasser Al-Hajri, “Nebras Power” idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru ilə səmərəli görüş keçirdim”, – mətbuat xidməti azərbaycanlı diplomatdan sitat gətirib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə “Nebras Power” arasında yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib
Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib - YENİLƏNİB
SOCAR və “ACWA Power” yaşıl hidrogen istehsalı üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan “ACWA Power” ilə “yaşıl enerji” layihələrini müzakirə edib
Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər