“Azərişıq”: Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur
sizinxeber.az xəbər saytı

“Azərişıq”: Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur


Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.

Bu barədə “Sizinxeber.az”a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.

Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.

Oxşar xəbərlər

Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb 
Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilməsində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB-2
Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq
Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər