Pərviz Şahbazov Britaniyada Azərbaycanın “yaşıl enerji” potensialını müzakirə edib
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov Britaniyada Azərbaycanın “yaşıl enerji” potensialını müzakirə edib


Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyadakı “Richborough” enerji parkına səfər edib və Azərbaycanda “yaşıl enerji” potensialını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Britaniya şirkəti “Pacificgreen” tərəfindən təşkil edilmiş “Richborough” enerji parkına səfər zamanı Pərviz Şahbazov Böyük Britaniya-Belçika şəbəkələrarası bağlantı, həmçinin Mərakeş - Böyük Britaniya enerji əlaqəsinin qurulması üzrə “XLinks” layihəsi (Xlinks Morocco-UK Power Project) ilə tanış olub. Bununla yanaşı, Azərbaycanın “yaşıl enerji” potensialı və bu istiqamətdə mümkün gələcək əməkdaşlıq öyrənilib", - paylaşımda bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Pərviz Şahbazov: "Azərbaycanın kifayət qədər çox qaz ehtiyatı var"
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle