Azərbaycanda elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minib
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minib


Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. 

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək. 

Oxşar xəbərlər

Milli Məclis elektrik közərmə lampaları ilə bağlı qadağanı təsdiqləyib
MM 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı haqda qadağanı I oxunuşda qəbul edib
Azərbaycanda azı 25 Vt gücə malik olan elektrik közərmə lampaları ilə bağlı cərimələr müəyyənləşir
Gələn ildən 60 Vt və yuxarı gücə malik lampaların idxalı, istehsalı və satışı qadağan edilir
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər