BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı 1 %-ə yaxın artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
may
2025
16:00

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı 1 %-ə yaxın artıb

01 may, 2025
16:00
741

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı 1 %-ə yaxın artıb

Bu ilin birinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 398 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin yaydığı məlumatda qeyd edilib.

Bu, 2024-cü ilin birinci rübün göstəricisi ilə müqayisədə 21 nəfər və ya 0,9 % çoxdur.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Bizimlə əlaqə saxlayın