Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2025
18:00

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı müzakirə edib

30 apr, 2025
18:00
782

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı və investisiya imkanlarını müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Londonda Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomasla səmərəli görüş keçirib.

“Enerji sahəsində strateji tərəfdaşlığımızı və investisiya imkanlarını, eləcə də iqtisadi-ticari əlaqələrimizin inkişafı üzrə aktual məsələləri müzakirə etdik”, - deyə P. Şahbazov qeyd edib.

Bizimlə əlaqə saxlayın