İtaliya enerji sahəsində Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial görür
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) İtaliya və Azərbaycan arasında əlaqələri gücləndirib, ancaq enerji sahəsində əməkdaşlıq üçün başqa imkanlar da mövcuddur.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliyanın “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan ənənəvi olaraq İtaliyanın əsas neft təchizatçılarından biridir: “Bundan əlavə, 2020-ci ilin dekabrında TAP-ın işə salınmasından sonra ölkə İtaliyanın ikinci ən böyük qaz təchizatçısına çevrilib".
Onun sözlərinə görə, enerji əməkdaşlığının uğurlu inkişafı “Saipem”, “Maire”, “Technip” və digər aparıcı İtaliya şirkətləri sayəsində mümkün olub: “Onlar uzun illərdir SOCAR və digər yerli şirkətlərlə sıx tərəfdaşlıq şəraitində sektorun inkişafında iştirak edirlər”.
"Beləliklə, Azərbaycan İtaliyanın strateji enerji tərəfdaşıdır. Ancaq Azərbaycan və Cənub Qaz Dəhlizinin digər iştirakçıları ilə qarşılıqlı əlaqə potensialı hələ də əhəmiyyətlidir. Bu, aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında təsdiqlənib", - səfir vurğulayıb.
Onun sözlərinə görə, İtaliya və Azərbaycan arasında enerji əməkdaşlığı yalnız karbohidrogen sektoru ilə məhdudlaşmır: “Belə ki, İtaliyanın “Ansaldo Energia” şirkəti Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının modernizasiyası üzrə böyük layihə həyata keçirir. Genuyada istehsal olunan dörd qaz turbini rəsmi olaraq yaxın vaxtlarda stansiyada istismara veriləcək. Bu da ölkənin elektrik enerjisinə olan tələbatının 20 %-dən çoxunu təmin edəcək”.
Oxşar xəbərlər
ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək
Vanniya Qava: "TAP İtaliyanın Aralıq dənizində enerji qovşağı kimi mövqeyini gücləndirir"
Səfir: Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi yeni üfüqlər açır
Səfir: İtaliya 2024-cü ildə Azərbaycanda verilən vizaların sayını iki dəfə artırıb
Səfir: İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













