İlqar Əlizadə: “Kulevi terminalında bu il yeni rezervuarların tikintisinə başlanacaq” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
11:30
0
0
1 685

İlqar Əlizadə: “Kulevi terminalında bu il yeni rezervuarların tikintisinə başlanacaq”

25 apr, 2025
11:30
1 685

İlqar Əlizadə: “Kulevi terminalında bu il yeni rezervuarların tikintisinə başlanacaq”

Kulevi terminalında bu il dörd yeni rezervuarın tikintisinə başlanılacaq.

Bu barədə “Report”a açıqlamasında “Black Sea Terminal”ın direktoru İlqar Əlizadə bildirib.

Onun sözlərinə görə, layihələndirmə mərhələsi demək olar ki, başa çatıb və yaxın zamanda tikinti işlərinə start veriləcək: “Hazırda terminalın rezervuar parkının ümumi tutumu 407 min kubmetr təşkil edir. Layihə tamamlandıqdan sonra bu rəqəm 487 min kubmetrə çatacaq”.

Terminal rəhbəri, həmçinin mayeləşdirilmiş neft qazına (LPG) olan tələbatın artdığını qeyd edib:

“LUKOİL” PSC ilə əməkdaşlıq çərçivəsində 2024-cü ildən etibarən LPG-nin birbaşa yüklənməsinə başlamışıq və bu proses davam edir. Eyni zamanda, terminalda avadanlıqlar müasirləşdirilir. Bununla yanaşı, LPG-nin saxlanması üçün yeni rezervuarların tikintisinə dair konseptual layihənin hazırlanmasına da start vermişik. Hazırda bu iş ilkin mərhələdədir və texniki-iqtisadi əsaslandırma mərhələsi qarşıdadır. Konkret vaxt çərçivəsi haqqında danışmaq hələ tezdir. Amma bu istiqamətin inkişaf perspektivini diqqətdə saxlayırıq”.

İ.Əlizadə vurğulayıb ki, LPG tranzit məhsulu kimi yüksək artım potensialına malikdir:

“Hazırda bu məhsul, Kulevi də daxil olmaqla bütün nəqliyyat dəhlizi üzrə daşınan neft məhsullarının təxminən 5-6 %-ni təşkil edir. Lakin terminalda infrastrukturun genişləndirilməsi ilə bu göstərici ikiqat artaraq ildə 600-700 min tona çata bilər. Bu istiqamətdə kifayət qədər potensial mövcuddur”.

O əlavə edib ki, son iki ildə Kulevi terminalında neft məhsullarının daşınmasında sabit artım müşahidə olunur. Bu artım hər il orta hesabla 15 %-dir.

“2025-ci ilin birinci rübündə də artım dinamikası qorunub - bu dövrdə yükləmə həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artıb. 2024-cü ilin yekunlarına əsasən isə terminal üzrə ümumi yükləmə həcmi 2,5 milyon tona çatıb. Orta Dəhliz vasitəsilə tranzitin artması tendensiyası da davam edir”.

Bizimlə əlaqə saxlayın