"Azəristiliktəchizat"ın rəhbəri: "Ölkədə kommunal tədqiqat institutu yoxdur"
Sovet İttifaqı dönəmində yüzlərlə kommunal tədqiqat institutları olsa da, hazırda Azərbaycanda belə institut yoxdur.
“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
“Bina tikilən zaman yaradılmış şərait imkan verməlidir ki, xarici havanın temperaturu müsbət 8 dərəcə olanda daxili havanın temperaturu qanunla müəyyən olunmuş qaydada 22 dərəcə olsun. Yəni süni isitmə olmadan həmin temperatur təmin edilməlidir. Buna əməl olunmadığı üçün insanlar çöldə temperatur 10 dərəcə olanda deyirlər ki, istilik yoxdur, istiliyi qoşmaq lazımdır”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
"Azəristiliktəchizat": Ölkədə yaşayış fondunun 90%-i istiliklə təmin olunur
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir”
Azərbaycanda kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
Bu yay Azərbaycanda ən yüksək temperatur qeydə alınan yerlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













