Azərbaycanda kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur
sizinxeber.az xəbər saytı

Azərbaycanda kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur


“Azərisitiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu deputat Rövşən Muradov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2005-ci ildən inşa olunan binaların hər birində qazanxana var: “Çünki bu, “Azəristiliktəchizat” yaradılan zaman tələb kimi qoyulmuşdu və Fövqəladə Hallar Nazirliyi buna ciddi nəzarət edirdi. Biz 15 ildir binada yaşayırıq, orda heç bir təmir işi getmir. Hər kəs özünə kombi sistemi qurub. Bu, israfçılıqdır. Bunun nəticəsində yanğınlar, partlayışlar olur. Buna görə də qanun layihəsinə bütün kombi sisteminin ləğv edilməsi əlavə edilməlidir”.

O, bina inşa edən MTK-ların əlindən onun idarəçiliyinin alınmasını təklif edib. “Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılmasını arzu edərdim. İnsanların taleyini işbazlara həvalə etməyin. Binanı tikirlər, 15 il keçir, lift təmir edilmir”, - deputat bildirib.

Oxşar xəbərlər

"Azəristiliktəchizat": Ölkədə yaşayış fondunun 90%-i istiliklə təmin olunur
Naqif Həmzəyev: "Bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır"
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir”
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
Samir Vəliyev: "Enerji Effektivliyi Fondunun yaradılması işləri tamamlanmaq üzrədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle