Azərbaycan Gürcüstanın enerji sistemində baş vermiş qəza ilə bağlı təcili yardım göstərib
sizinxeber.az xəbər saytı

Azərbaycan Gürcüstanın enerji sistemində baş vermiş qəza ilə bağlı təcili yardım göstərib


Azərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal Gürcüstana 380-400 MVt elektrik enerjisi ötürüb.

Bu barədə “Report”a “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Qeyd edək ki, aprelin 19-da “Kavkasioni” elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib. Tiflisdə və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

“Azərenerji” dərhal Gürcüstanın Dövlət Elektrik Sistemi ilə paralel işi bərpa edib”, - T.Abdullayev qeyd edib.

Gürcüstanın enerji operatorunun məlumatına görə, ölkədə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur. Tbilisinin bir çox ərazilərində artıq təchizat bərpa olunub.

Bu, artıq Gürcüstanda son bir ayda ikinci irimiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş verib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Gürcüstana 58 milyon 306,41 min ABŞ dolları (2,1 dəfə azalma) dəyərində 1 milyard 137 milyon 880,09 min kilovat/saat elektrik enerjisi tədarük edib. Hesabat dövründə Azərbaycandan ümumi enerji axınının həcmində Gürcüstan 64,9 % paya malik olub. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 15 milyon 593,61 min ABŞ dolları dəyərində 273 milyon 572,1 min kilovat/saat elektrik enerjisi tədarük edilib.

Oxşar xəbərlər

Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb
Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb
Gürcüstanda elektrik enerjisi kəsilib
Ermənistan AES-də qəza olub
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər