Albaniyada SOCAR-ın Korçanın qazlaşdırma layihəsinin təqdimatı olub
sizinxeber.az xəbər saytı

Albaniyada SOCAR-ın Korçanın qazlaşdırma layihəsinin təqdimatı olub


Bu gün Azərbaycan sərmayələrinin dəstəyi ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilən “Nur” layihəsinin – Albaniyanın Korça şəhərinin qazlaşdırılmasının ictimai təqdimatı olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində məlumat verib.

Paylaşımda qeyd edilir ki, təqdimat Albaniyanın Baş naziri Edi Rama və Baş nazirin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun iştirakı ilə baş tutub.

“Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə təkcə ölkənin enerji təchizatının şaxələndirilməsi və iqlim gündəmini dəstəkləmək üçün deyil, həm də Azərbaycanın qaz tədarük coğrafiyasını genişləndirməsi baxımından əhəmiyyətlidir”, - nazir vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, “Albgaz” və SOCAR şirkətləri arasında Korça şəhərində qaz infrastrukturunun inkişafına yönəlmiş əməkdaşlıq memorandumu imzalanıb. Qaz infrastrukturunun tikintisinə 2025-ci ildə başlanacaq və onun 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, fevralın 10-da SOCAR Albaniyada ölkənin infrastrukturunun inkişafı üçün strateji əhəmiyyət kəsb edən və pilot qazlaşdırma layihəsinin həyata keçirilməsi üçün dayaq nöqtəsinə çevriləcək nümayəndəliyini açıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Albaniyanın Baş naziri COP29-da iştirak üçün Azərbaycana gələcək
Albaniyanın baş naziri İlham Əliyevi seçkidə qazandığı inamlı qələbə münasibətilə təbrik edib
Boyan Kumer: "Sloveniya qarşıdan gələn qış üçün Azərbaycan qazı hesabına öz təhlükəsizliyini təmin edib"
SOCAR Rumıniya ilə bir sıra enerji məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər