“SOCAR Energy School” proqramı başa çatıb
sizinxeber.az xəbər saytı

“SOCAR Energy School” proqramı başa çatıb


Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Türkiyə”nin Sabancı Universitetinin İdarəçi İnkişafı Bölməsi (EDU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “SOCAR Energy School” proqramı başa çatıb.

“Sizinxeber.az” xəbər verur ki, bu barədə “SOCAR Türkiye”nin “X” sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, enerji sektorunun müxtəlif sahələrinə fokuslanan 9 həftəlik intensiv təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar, Nazirliyin Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Öztürk Selvitop, Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici və “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər enerji sektorunda bilik əsaslı transformasiyanın əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu cür təşəbbüslər sahədə peşəkar kadr potensialının gücləndirilməsinə töhfə verir və enerji sektorunun davamlı inkişafında mühüm rol oynayır.

Oxşar xəbərlər

SOCAR “Nakkaş Holding” ilə logistikaya və Sabiha Gökçen hava limanının infrastrukturuna investisiya qoymağı planlaşdırır
SOCAR Türkiyədəki telekommunikasiya şirkətinin satış prosesini başa çatdırıb
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
 “SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb
SOCAR rəsmisi COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle