"Qazprom" Türkiyədəki qaz alıcıları ilə gələcək əməkdaşlığı müzakirə edir
sizinxeber.az xəbər saytı

"Qazprom" Türkiyədəki qaz alıcıları ilə gələcək əməkdaşlığı müzakirə edir


Rusiyanın "Qazprom" şirkəti ölkə qazının Türkiyəyə tədarükü haqqında mövcud müqavilələrin müddətinin başa çatması ərəfəsində Türkiyədəki tərəfdaşlarla əməkdaşlıq perspektivlərini müzakirə edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

2025-ci ildə “Botas” dövlət şirkəti ilə "Mavi axın" qaz kəməri vasitəsilə ildə 16 milyard kubmetr qazın və "Türk axını" magistralı ilə 5,75 milyard kubmetr qazın tədarükü haqqında müqavilələrin müddəti başa çatır. Həmçinin 2025-ci ilin sonu - 2026-cı ilin əvvəlində bəzi özəl idxalçılarla mövcud sazişlərin müddəti başa çatır.

“Botas”ın baş direktoru Abdulvahit Fidan aprelin 16-da Peterburqda "Qazprom"un rəhbəri Aleksey Millerlə görüşüb. Rusiya şirkətinin məlumatına görə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın gedişini və inkişaf perspektivlərini müzakirə ediblər.

Üç həftə bundan əvvəl Türkiyənin “Bosphorus Gaz Corporation A.S.” müstəqil qaz treyderinin Direktorlar Şurasının sədri Adnan Şen "Qazprom"la danışıqlar aparmaq üçün Peterburqda olub. Tərəflər "Türkiyə təbii qaz bazarının cari vəziyyətini və perspektivlərini" müzakirə ediblər.

2024-cü ildə Türkiyə 52 milyard kubmetr təbii qaz idxal edib, bunun 21 milyard kubmetri Rusiyadan tədarükün payına düşüb.

Oxşar xəbərlər

"Qazprom" "Türk axını" ilə Slovakiyaya qaz tədarükünə başlayıb
“Qazprom” və Macarıstan arasında qaz tədarükünün artırılması imkanlarına dair memorandum imzalanıb
Rusiya ilə Qazaxıstan uzunmüddətli qaz tədarükü və əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edib
Bu il Azərbaycandan Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər