Energetika Nazirliyinə I rübdə 2 mindən çox müraciət daxil olub
sizinxeber.az xəbər saytı

Energetika Nazirliyinə I rübdə 2 mindən çox müraciət daxil olub


Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2 085 vətəndaş müraciəti daxil olub.

“Report” nazirliyə istinadən xəbər verir ki, müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1 708-i isə icra xarakterli olub. Bunlardan 1 440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 83 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib
Pərviz Şahbazov Energetika Nazirliyində vətəndaşları qəbul edib
Energetika Nazirliyi I rübdə 1 400-ə yaxın zəng qəbul edib
Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6400-dən çox zəng qəbul edib
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı fevralda 67 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər