Ekspert: “Neft bazarındakı vəziyyət Azərbaycan, Qazaxıstan və Rusiyanın büdcələrinə xüsusi təsir göstərməyəcək"
Neft hasilatçısı olan üç postsovet ölkəsi - Rusiya, Qazaxıstan və Azərbaycan prinsip etibarilə, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti fonunda neftin ucuzlaşması halında yarana biləcək vəziyyətə hazırdır və öz ssenariləri var.
“Report”un Qazaxıstandakı müxbirinin məlumatına görə, Rusiyanın enerji məsələləri üzrə eksperti Boris Martsinkeviç belə hesab edir.
"Birincisi, rüsumlar, bir qayda olaraq, ya tətbiq edilir, ya da ləğv olunur - bu, Trampın bizneslə məşğul olma tərzidir. Bu, danışıqlardan əvvəl vəziyyətin kəskinləşməsi, tərəfdaşları danışıqlara getməyə məcbur etmək, artıq danışıqlar zamanı güzəştə getməkdir", - ekspert bildirib.
Onun sözlərinə görə, ikincisi, hazırda iyun ayı üçün fyuçers qiymətlərində azalma davam edir.
"Hamı ABŞ və Çin arasındakı gərginliyin necə bitəcəyini gözləyir. Qiymətlər hər şeydən əvvəl bundan asılıdır. Fikrimcə, hazırda neftin ucuzlaşması üçün əsaslı səbəblər yoxdur", - B.Martsinkeviç vurğulayıb.
Onun fikrincə, əgər ABŞ və Çin razılığa gələ bilməsə, iqtisadi fəallığın azalmasını gözləmək lazımdır ki, bu da nəqliyyat-logistika axınlarının yenidən bölüşdürülməsinə gətirib çıxaracaq. Məsələn, Çin ABŞ-dən kömür almağı dayandıracaq. Lakin belə bir vəziyyət bu boşluğu doldura biləcək Rusiya və Monqolustan üçün əlverişlidir.
Rusiyalı ekspert hesab edir ki, neft qiymətlərinin aşağı düşməsi Rusiya, Qazaxıstan və Azərbaycanın dövlət büdcələri üçün xüsusi problemlərin yaranmasına səbəb olmayacaq.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu günlərdə bildirib ki, ölkədə neftin ucuzlaşacağı ehtimalı ilə əlaqədar dövlət büdcəsinin üç variantı hazırlanır. Nikbin variantda bir barel neftin qiyməti 78 ABŞ dolları səviyyəsindədir, digər variant isə qiymətlərin 58 ABŞ dollarına qədər enəcəyi vəziyyət nəzərə alınmaqla hazırlanıb", - o qeyd edib.
Oxşar xəbərlər
Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır
Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır
Donald Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb
ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir
Elşad Məmmədov: “Neftin qiyməti düşsə də, Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
