Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq
sizinxeber.az xəbər saytı

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq


“AGAS Group” MMC Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyası (GES) quracaq.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata görə, müəssisəyə Parkda rezidentlik verilib. Bununla da rezidentlərin sayı 12-yə çatıb.

Layihənin həyata keçirilməsi ilə Parkın enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək. Rezidenti 1,4 milyon manatdan çox investisiya yatıracaq, 5 nəfər daimi işlə təmin olunacaq.

Xatırladaq ki, ötən ilin avqust ayında İZİA ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group”un direktoru İlkin Quliyev imzalayıblar.

Oxşar xəbərlər

Hacıqabulda nar şirəsi istehsal ediləcək
İZİA: Azərbaycanda sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılacaq
İZİA: Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 
Seymur Adıgözəlov: "Naxçıvan Sənaye Parkında infrastruktur işlərinə başlanılacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər