Azərbaycan və Moldova enerji sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Moldova enerji sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Moldova arasında enerji sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika naziri Pərviz Şahbazovun Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Görüş çərçivəsində energetika naziri Azərbaycanda təbii qaz və bərpa olunan enerji sahələrində görülən işlər, xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya yaşıl enerji ixracı ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında reallaşdırılan Yaşıl Enerji Dəhlizi haqqında danışılıb, bu istiqamətdə gələcək əməkdaşlıq imkanlarına toxunulub.

V.Bolea təbii qaz tədarükü də daxil olmaqla bir sıra sahələrdə prioritet əməkdaşlıq istiqamətlərindən danışıb. Qaz təchizatında uzunmüddətli müqavilələrin enerji təhlükəsizliyi və davamlılıq baxımından əhəmiyyəti vurğulanıb. Moldovada bioenerji və bioqaz sahələrində investisiya əsaslı əməkdaşlıq imkanları, ölkədə mövcud yaşıl güclər, həyata keçirilən bərpa olunan enerji hərracları barədə ətraflı məlumat verilib, Azərbaycan şirkətlərinin bu istiqamətlərdə reallaşdırılacaq layihələrdə iştirakı üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Azərbaycan Moldova ilə "yaşıl enerji"nin ixracını müzakirə edib
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji dəhlizi" layihəsinə dair Memorandumun mətnini razılaşdırıblar
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib - YENİLƏNİB
Azərbaycan “Uniper” ilə “mavi hidrogen” sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər