sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yasamalda qaz xətti zədələnib, təchizat dayandırılıb
Bakının Yasamal rayonunda qaz xətti zədələndiyindən, qazın təchizatında təcili dayanma olub.
Bu barədə “Sizinxeber.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Oxşar xəbərlər
Yasamalın bir hissəsində qaz verilişi təcili dayandırılıb
Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək
Xəzər, Qaradağ və Yasamalda qaz olmayacaq
Sabah Bakının 4 rayonunda qaz təchizatı dayandırılacaq
Qobu qəsəbəsinin bir hissəsi qazsız qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













