IMF: Azərbaycan bu il emissiyaların azaldılması üzrə daha iddialı hədəflər təqdim edəcək
2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan qlobal iqlim gündəliyinin irəliləməsində mühüm rol oynayıb.
“Report” bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən xəbər verir.
"Aktiv iqlim siyasəti Azərbaycanın təkcə emissiyaları azaltmasına və iqlim dəyişikliyinə uyğunlaşmasına deyil, həm də qlobal enerji keçidinə hazırlaşmasına imkan yaradır. Azərbaycan hökuməti artıq Milli Uyğunlaşma Planının hazırlanmasını başa çatdırıb və bu il istixana qazı emissiyalarının azaldılması ilə bağlı daha iddialı hədəflər təqdim etməyi planlaşdırır. Hazırda ölkə 2030-cu ilə qədər 1990-cı il səviyyəsi ilə müqayisədə istixana qazı emissiyalarını 35 % azaltmaq məqsədi ilə işlərini davam etdirir", - hesabatda deyilir.
IMF bildirir ki, Azərbaycan hökuməti elektrikləşdirmə, enerji ötürmə sistemlərinin modernləşdirilməsi, həmçinin binalarda və nəqliyyatda enerji səmərəliliyinin artırılması istiqamətində layihələrə start verib.
Hesabatda Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizminə (CBAM) də xüsusi diqqət yetirilib. Fondun qiymətləndirməsinə görə, bu mexanizmin yaxın müddətdə Azərbaycanın Aİ ilə ticarətinə təsiri məhdud olacaq: "Lakin metallurgiya və kimya sənayesində ixracın genişləndirilməsi halında həmin sahələr CBAM-ın təsirinə məruz qala bilər. Ortamüddətli dövrdə bu mexanizmin neft-qaz sektoruna da təsir göstərəcəyi ehtimal olunur".
Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payını 30 %-ə çatdırmaq istiqamətindəki səylərini, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbon neytrallığına keçid və metan emissiyalarının azaldılması ilə bağlı məqsədlərini də müsbət qiymətləndirir.
Bununla yanaşı, Fond Azərbaycanın qalıq yanacaqlara verilən birbaşa və dolayı subsidiyalardan mərhələli şəkildə imtina etməsini zəruri sayır. Ekspertlərin fikrincə, bu addım həm resurslardan səmərəli istifadəyə, həm də "yaşıl texnologiyalar"a investisiyaların artırılmasına şərait yaradacaq. Eyni zamanda, bu, sosial baxımdan həssas əhali qruplarının dəstəklənməsi üçün əlavə maliyyə imkanları təmin edə bilər.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan iqlim fəaliyyətlərinin təşviqinə və milli hədəflərə çatmağa sadiqdir
İnger Andersen: 1,5 dərəcə hədəfinə çatmaq üçün emissiyaları gələcəkdə xeyli azaltmaq lazımdır
Fransanın sabiq dövlət katibi: "İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini tapa bilər"
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir
Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 67 % azalmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
