Elşad Nəsirov: "SGC-nin inkişafı çərçivəsində əsas məsələlərdən biri tənzimləmədir"
Cənub Qaz Dəhlizinin (SGC) növbəti inkişaf mərhələsi çərçivəsində əsas məsələlərdən biri tənzimləmə məsələsidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
"Bu gün müzakirə etdiyimiz əsas məsələlərdən biri də SGC-nin inkişafının növbəti mərhələsinə təsir edəcək tənzimləmə məsələsidir. Avropa İttifaqı (Aİ) bizə növbəti əhəmiyyətli addımı atmağa, eləcə də əlavə qaz ixracını təmin etməyə imkan verən uzunmüddətli müqavilələri və dövlət maliyyələşdirməsini dəstəkləyəcəkmi? Biz inanırıq ki, dəstəkləyəcək və böyük miqyasda irəliləmək qabiliyyətimizə əminik”, - SOCAR-ın vitse-prezidenti qeyd edib.
E.Nəsirov həmçinin vurğulayıb ki, qeyri-müəyyənlik şəraitində enerji sahəsində qərarların qəbul edilməsi və siyasətin formalaşdırılmasının açarı öz güclü tərəflərinə əsaslanmaqdır: "Azərbaycanın və SOCAR-ın gücü etibarlılıqda, müqavilə öhdəliklərinə hörmətdə, tənzimləmənin sabitliyində, eləcə də Avropa və digər ölkələrlə səmimi tərəfdaşlıqdadır".
Azərbaycanın təşəbbüs göstərdiyi SGC layihəsi Aİ üçün prioritet layihələrdən biridir və Xəzər regionundan qazın Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
Oxşar xəbərlər
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Aİ komissarı: "Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır"
Bakıda Prezidentin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslar keçirilir
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”
İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
