Dünya Bankı: SGC-nin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir
sizinxeber.az xəbər saytı

Dünya Bankı: SGC-nin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir


Cənub Qaz Dəhlizi (SGC) layihəsinin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib.

"Dünya Bankı Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inkişafı və həyata keçirilməsi məqsədilə 400 milyon ABŞ dolları məbləğində kredit ayırmışdı və bundan qürur duyur. Bizim maliyyə töhfələrimiz bu iddialı və təsirli təşəbbüsün ümumi ehtiyacları ilə müqayisədə nisbətən kiçik olsa da, bu, digər beynəlxalq maliyyə qurumlarından maliyyələşdirməni stimulllaşdırmış və layihə ehtiyaclarını qarşılamaq üçün digər mənbələrdən özəl kapitalı cəlb etməyə imkan vermişdir", - o qeyd edib.

R. Praysın sözlərinə görə, Cənub Qaz Dəhlizi kimi mürəkkəb bir təşəbbüsün uğurunun əsas tərkib hissəsi layihənin maliyyələşdirməsini həyata keçirənlərin ortaq nəticələrə olan öhdəliyi ilə bağlıdır: "Qlobal ticarət və enerji təhlükəsizliyi ətrafında artan qeyri-müəyyənliklər fonunda Cənub Qaz Dəhlizi kimi regional təşəbbüslərin resursları və bazarları birləşdirmək və giriş marşrutlarını şaxələndirmək üçün rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir".

O əlavə edib ki, energatika sahəsi ilə bağlı regional təşəbbüslər ciddi investisiyalar tələb edir: "Bu mənada özəl sektorla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”
Bakıda Prezidentin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslar keçirilir
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər