Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
10:30

Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib

04 apr, 2025
10:30
635

Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib

Azərbaycan Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti ilə ölkədə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, “ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olub: “Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.

Bizimlə əlaqə saxlayın