Azərbaycan EBRD ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan EBRD ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Məşvərət Şurası çərçivəsində Bakıda səfərdə olan EBRD-nin Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə səmərəli görüş keçirib.

“Görüş zamanı enerji gündəliyimizin prioritetlərindən irəli gələn məsələləri və “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə etdik”, - deyə P. Şahbazov qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan EBRD ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Azərbaycan AEBA ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər