Bolqarıstan Azərbaycan, Gürcüstan və Türkiyə ilə enerji memorandumunun imzalanmasına razılıq verib
Bolqarıstan Azərbaycan, Gürcüstan və Türkiyə ilə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair Memorandum layihəsini təsdiqləyib
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi Nazirlər Şurasının həftəlik iclasının yekunlarına dair bəyanatına istinadən məlumat yayıb.
Söhbət Bolqarıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin enerji nazirləri tərəfindən imzalanacaq və “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığı nəzərdə tutan memorandumdan gedir. Sənəd üç il müddətinə qüvvədə olacaq və tərəflərdən heç biri onun ləğvini təşəbbüs etməzsə, növbəti üçillik dövrlər üçün avtomatik uzadılacaq.
Bəyanatda qeyd olunub ki, memorandum tərəflərin “yaşıl elektrik enerjisi” sahəsində birgə layihələrin təşviqi, zəruri infrastrukturun yaradılması, bilik və texnologiyaların mübadiləsi, eləcə də qarşılıqlı faydalı təşəbbüslərin dəstəklənməsi barədə razılığını əks etdirir.
Sənədə əsasən, dörd ölkənin energetika nazirlikləri dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə dəstək verəcək. Bu çərçivədə enerji sistemlərinin modernləşdirilməsi imkanlarının öyrənilməsi, elektrik enerjisinin ötürülməsi və ticarət imkanlarının genişləndirilməsi üçün birgə investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin memorandum enerji infrastrukturunun təkmilləşdirilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılmasına yönəlmiş tədbirləri də əhatə edir.
Qeyd edək ki, “yaşıl enerji” sahəsində əməkdaşlığa dair Memorandum layihəsi 2025-ci il fevralın 7-də İstanbulda keçirilən dörd ölkənin nazir müavinlərinin üçüncü iclasında razılaşdırılıb.
Oxşar xəbərlər
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji dəhlizi" layihəsinə dair Memorandumun mətnini razılaşdırıblar
Bolqarıstan “Black Sea Energy” layihəsində pay almağı planlaşdırır
COP29 Azərbaycan Əməliyyat Şirkəti “Yaşıl Enerji Elektrik Stansiyası” MMC ilə memorandum imzalayıb
Bolqarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafına ümid edir
Aİ: "Black Sea Energy" layihəsini böyük maraqla izləyirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
