Norveçin Rifah Fondu RWE-dən iki külək stansiyasının 49 % payını alıb
sizinxeber.az xəbər saytı

Norveçin Rifah Fondu RWE-dən iki külək stansiyasının 49 % payını alıb


Norveçin Rifah Fondu 1,4 milyard avroya (1,52 milyard ABŞ dolları) Almaniyanın “Rheinisch-Westfälisches Elektrizitätswerk” (RWE) şirkətindən Danimarka və Almaniyada tikilməkdə olan iki dəniz külək stansiyasının səhmlərinin 49 %-ni alıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, fondun Almaniyanın enerji şirkəti ilə ilk belə müqaviləsidir.

Fondun külək elektrik stansiyalarının tikintisindəki payının alınması və maliyyələşdirilməsinə ümumi investisiyası 4 milyard avro həcmində qiymətləndirilir.
Sözügedən layihələr gücü 1 080 meqavat (MVt) olan Danimarkadakı “Thor” dəniz külək stansiyası və gücü 1 560 MVt olan Almaniyadakı “Nordseecluster” layihəsidir.

2020-ci ildən Norveç parlamenti fondun inkişaf etmiş bazarlarda yerləşəcəyi təqdirdə, bərpa olunan enerji mənbələri sferasında kotirovkalı olmayan layihələrə investisiya qoymasına icazə verib.

Oxşar xəbərlər

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
Norveçin suveren fondu 2023-cü ildə rekord gəlir əldə edib
Azərbaycanda inşa ediləcək günəş və külək stansiyalarının istifadəyə veriləcək tarix açıqlanıb
Yaxın 3 ildə Azərbaycanda 8 günəş-külək elektrik stansiyası şəbəkəyə qoşulacaq
Pərviz Şahbazov: "Yeni stansiyaların hesabına növbəti 3 ildə 1,2 milyard kubmetr qaz sərbəstləşəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər