Murat Nurtleu: “Qazaxıstan Azərbaycandan olan tərəfdaşları ilə birgə uranın tranzitini davam etdirir”
Qazaxıstan Azərbaycandan olan tərəfdaşları ilə birgə uranın xaricə tranzitini davam etdirir.
“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkənin xarici işlər naziri Murat Nurtleu Astanada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra bildirib.
O, həmçinin Azərbaycanla enerji əməkdaşlığının səviyyəsini, xüsusilə Xəzərin dibi ilə sualtı enerji kabelinin çəkilməsi layihəsi çərçivəsində əlaqələri yüksək qiymətləndirib.
"Biz həmişə bu istiqamətdə işi intensivləşdirməyə hazırıq. Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına nəqli ilə bağlı razılaşmalar uğurla həyata keçirilir. Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə xarici bazarlara 1,4 milyon ton neft nəql edilib. Yaxın vaxtlarda Qazaxıstan neftinin tranzit həcminin ildə 2,2 milyon tona çatdırılması planlaşdırılır", - nazir vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz - TBNM) layihəsində fəal iştirak edir.
"Biz TBNM üzrə yük tranziti göstəricisini 10 milyon tona çatdırmağı planlaşdırırıq. Qazaxıstan fiber-optik rabitənin inkişafını müasir rəqəmsal dəhlizlərin yaradılması istiqamətində vacib addım kimi qiymətləndirir və layihənin həyata keçirilməsinin bütün mərhələlərində fəal əməkdaşlığa hazırdır", - M.Nurtleu bildirib.
O, Ceyhun Bayramovla bu gün apardığı danışıqların nəticələrindən məmnunluğunu ifadə edib. Nazir əmindir ki, Azərbaycan və Qazaxıstan ölkə xalqlarının rifahı üçün birgə səylərini davam etdirəcək.
Oxşar xəbərlər
Qazaxıstanın Energetika Nazirliyi 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb
Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır
BTC ilə Qazaxıstan neftinin nəqlinin 2,2 milyon tona çatdırılması müzakirə edilib
Səfir: "Qazaxıstan neftinin Bakı-Supsa ilə ötürülməsi tranzit şərtlərindən asılıdır"
Səfir: "Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə illik tranziti 2 milyon tona çatacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
