Qazaxıstanın qərbində neft quyusu yanır
sizinxeber.az xəbər saytı

Qazaxıstanın qərbində neft quyusu yanır


Qazaxıstanın Atırau vilayətində neft quyusu yanır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i “Embamunayqaz” SC-nin (EMG) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"2025-ci il martın 6-da "Jılıoymunayqaz" Neft-qazçıxarma idarəsinin “Qərbi Prorva” yatağının 437 saylı quyusunda perforasiyadan sonra nasos-kompressor borusunun endirilməsi zamanı qaz təzahürü baş verib və bu, nasos-kompressor borusunun atılmasına səbəb olub", - məlumatda qeyd edilib.

Bildirilir ki, ölən və xəsarət alan yoxdur.

Qeyd olunub ki, EMG-nin operativ qərargahı təcili tədbirlər görüb, quyu ətrafındakı ərazi mühasirəyə alınıb, bərpa işləri aparılır.

Oxşar xəbərlər

Şirvanda neft quyusundan su qarışıq qaz püskürüb
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq 
CPC bu il 53 milyon ton neft ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər