Elşən Hacızadə: "Bakı neft emalı zavodunun köçürülməsi 2030-2031-ci illərdə baş tuta bilər"
Bu il Bakı şəhərindən neft emalı zavodunun köçürülməsi ilə bağlı qərar qəbul olunarsa, proses 2030-2031-ci illərdə həyata keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, hazırda Bakıdakı neft emalı zavodu ilə bağlı iki ssenari müzakirə olunur: “Bunlardan biri zavodun modernləşdirilməsi istiqamətində aparılan işlərin davam etdirilməsidir. Digəri isə zavodun köçürülməsidir. Yəqin ki, bu il ərzində bununla bağlı yekun qərar veriləcək. Əgər köçürülmə təsdiqlənsə, proses 2030-2031-ci illərdə baş tutacaq”.
Xatırladaq ki, Bakıda iki neft emalı zavodu fəaliyyət göstərirdi. “Azərneftyağ” neft emalı zavodunun fəaliyyəti 2015-ci il yanvarın 1-dən dayandırılıb və Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) birləşdirilib. Bu addım bəzi təkrarlanan biznes proseslərinin yaratdığı əlavə xərcləri aradan qaldırmaq məqsədi daşıyırdı. “Azərneftyağ” NEZ-in istehsal qurğuları və sahələri BNEZ-in tərkibində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib - YENİLƏNİB
Qanada Afrikanın ən böyük neft emalı kompleksi tikiləcək
STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işləri ilə bağlı dayandırılacaq
Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
