SOCAR növbəti 5-10 ildə dekarbonizasiya ilə bağlı hədəfləri açıqlayıb
sizinxeber.az xəbər saytı

SOCAR növbəti 5-10 ildə dekarbonizasiya ilə bağlı hədəfləri açıqlayıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2030-cu ilə qədər bütün əməliyyat sahələrində məşəldə rutin yandırmanı sıfıra endirməyi hədəfləyir.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

O qeyd edib ki, beynəlxalq praktikada sənayedə dekarbonizasiya üçün doqquz əsas mərhələ mövcuddur: "SOCAR növbəti 5-10 ildə əsasən 5 alətə fokuslanacaq. Dövlət Neft Şirkəti enerji effektivliyinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Elektrik enerjisində "yaşıl mənbələr"dən istifadə olunur, metan qazının havaya atılmasının qarşısı alınır. Dekarbonizasiya həmişə əlavə xərc demək deyil, əksinə, bu prosesdən əlavə gəlir əldə etmək mümkündür. Toplanmış metan qazını saxlayıb, daha sonra beynəlxalq bazara çıxarmaq mümkündür”.

T. Quliyevin sözlərinə görə, 2030-cu ilə qədər “Upstream” emissiyalarının intensivliyi 2022-ci illə müqayisədə 30 % azalacaq: “SOCAR 2035-ci ilə qədər korporativ emissiya intensivliyini 2022-ci illə müqayisədə birbaşa aktivlər əsasında 30 %, ümumi emissiyaların isə 20 % azalmağı planlaşdırır”.

Vitse-prezidentin müavini qeyd edib ki, 2050-ci ilə qədər SOCAR-ın hədəfi xalis sıfıra nail olmaqdır

Oxşar xəbərlər

SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
SOCAR emissiyalarının bir hissəsini dronlar və peyklər vasitəsilə ölçməyə başlayıb
Kənan Nəcəfov: “SOCAR Yaşıl İnkişaf Portalı konsepsiyasına dəstək verir”
SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
SOCAR rəsmisi COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər