BP-nin 2024-cü ildə əldə etdiyi xalis mənfəətin məbləği açıqlanıb
sizinxeber.az xəbər saytı

BP-nin 2024-cü ildə əldə etdiyi xalis mənfəətin məbləği açıqlanıb


Böyük Britaniyanın “BP Plc” neft şirkəti 2024-cü ilin dördüncü rübünü xalis zərərlə başa vurub.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

BP-nin oktyabr-dekabr aylarında xalis zərəri 1,959 milyard ABŞ dolları təşkil edib. Şirkət 2023-cü ilin müvafiq dövründə isə 371 milyon ABŞ dolları mənfəət əldə edilib.

2024-cü ilin yekunları üzrə BP-nin xalis mənfəəti əvvəlki ildəki 15,239 milyard ABŞ dolları ilə müqayisədə 381 milyon ABŞ dollarına qədər azalıb. Korrektə edilmiş mənfəət 13,836 milyard ABŞ dollarından 8,915 milyard ABŞ dollarına düşüb.

Dördüncü rübdə şirkətin kapital qoyuluşu 3,7 milyard ABŞ dolları, ötən ilin yekunları üzrə isə 16,2 milyard ABŞ dolları təşkil edib.

Son üç ayda BP-nin bazar dəyəri təxminən 25 %, FTSE 100 fond indeksi isə təxminən 8 % artıb.

Oxşar xəbərlər

“Equinor” III rübdə hasilatı 1 % azaldıb
“TotalEnergies” IV rübdə xalis mənfəətini azaldıb
“Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti 24 % artıb
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle