Avstriya Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasını istisna edib
sizinxeber.az xəbər saytı

Avstriya Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasını istisna edib


Avstriya artıq Rusiyadan qaz tədarükü üçün müqavilələr bağlamağı planlaşdırmır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.

"Şaxələndirmə üçün bizə vaxt lazım idi. İndi Rusiya səhifəsi bizim üçün bağlanıb", - o qeyd edib.

A.Ştern, həmçinin qeyd edib ki, hazırkı qaz bazarı şəraitində mayeləşdirilmiş təbii qazın (LNG) mənşəyini dəqiq izləmək mümkün deyil. Bununla yanaşı, o, konsernin yalnız qeyri-rus tərəfdaşları ilə LNG tədarükü müqavilələri bağladığını vurğulayıb.

Şirkət 2024-cü ilin dekabrında "Qazprom eksport" ilə Avstriyaya qaz nəqli müqaviləsinin ləğv edildiyi barədə məlumat verib. Tədarükün özü isə hələ noyabrda dayandırılıb.

Oxşar xəbərlər

Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
Avstriya, Slovakiya və Çexiya Almaniyanı qaz tranzit haqlarının ləğvinə çağırıb
OMV Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir
Slovakiya Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli əməkdaşlığı qiymətləndirir
KİV: Avropa yeni enerji böhranı ilə üzləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər