Rusiya 100 ildən çox müddət ərzində kifayət edəcək qaz ehtiyatlarına malikdir
Rusiyanın cari hasilat səviyyəsində çıxarıla bilən təbii qaz ehtiyatları 100 ildən çox, neft ehtiyatları isə təxminən 64,5 il ərzində kifayət edəcək.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təbiət naziri Aleksandr Kozlov məlumat verib.
Hazırda Rusiyada karbohidrogen xammalının geoloji öyrənilməsi, kəşfiyyatı və hasilatı üzrə 4 052 lisenziya qüvvədədir.
Təbiət Nazirliyi xatırladıb ki, dünyada təbii qaz ehtiyatlarının təxminən beşdə biri - 63,5 trilyon kubmetri Rusiyadadır. Ölkə neft ehtiyatlarının həcminə görə, yəni 31,4 milyard tonla beşinci yerdədir", - məlumatda qeyd olunub.
Bildirilib ki, “Parusovoe”, “Severo-Parusovoe” və “Semakovskoe” yataqlarının istismara verilməsi planlaşdırılır. Onların ümumi ehtiyatları 450 milyard kubmetrdən çox qaz və 7 milyon tondan çox maye karbohidrogendir.
Oxşar xəbərlər
Küveytdə yanacaq tədarükünün kəsilməsi səbəbindən elektrikin verilişi dayandırılıb
“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
Moldova qaz ehtiyatlarının həcmini iki dəfə azaldacaq
Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb
ABŞ-də neft ehtiyatları həftə ərzində 4,65 milyon barel azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













