SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
fev
2025
13:00
0
0
1 203
ff

SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

06 fev, 2025
13:00
1 203

SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

“Sizinxeber.az” SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəfin Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşündə bildirilib.

Söhbət zamanı SOCAR ilə Tatarıstanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.

Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib.

Bizimlə əlaqə saxlayın

×
×