“TotalEnergies” IV rübdə xalis mənfəətini azaldıb
sizinxeber.az xəbər saytı

“TotalEnergies” IV rübdə xalis mənfəətini azaldıb


Fransanın “TotalEnergies” neft-qaz şirkəti 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini illik müqayisədə 22 % azaldıb.

Bu barədə “Report” "İnterfaks"a istinadən xəbər verir.

Şirkətin məlumatına görə, ötən ilin oktyabr-dekabr aylarında xalis mənfəət 3,956 milyard ABŞ dolları təşkil edib. Dəqiqləşdirilmiş mənfəət bir il əvvəlki 5,226 milyard ABŞ dollarından 4,406 milyard ABŞ dollarına düşüb.

IV rübdə şirkətin gəlirləri 14 % azalaraq 47,116 milyard ABŞ dolları təşkil edib.

Ötən rübdə gündəlik karbohidrogen hasilatı 2,43 milyon barel neft ekvivalentinə qədər azalıb. 2023-cü ilin eyni dövründə bu göstərici gündəlik 2,462 milyon barel neft ekvivalenti təşkil edib.

2025-ci ilin birinci rübündə Fransa şirkəti hasilatın gündəlik 2,5-2,55 milyon barel neft ekvivalenti səviyyəsində olacağını planlaşdırır.

“TotalEnergies”in Direktorlar Şurası ötən il üçün hər səhmə görə 3,22 avro dividend ödənilməsini tövsiyə edib. Bu, 2023-cü ilin dividendlərindən 7 % çoxdur. Həmçinin şirkət rüblük 2 milyard ABŞ dolları məbləğində öz səhmlərini geri almağa davam edəcəyini açıqlayıb.

“TotalEnergies”in kapitalı son üç ayda 2,2 % azalaraq 130 milyard avro təşkil edib.

Oxşar xəbərlər

“Equinor” III rübdə hasilatı 1 % azaldıb
EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu aşağı salıb
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle