Azərbaycan Tatarıstanla enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Rusiyanın Tatarıstan Respublikası arasında enerji əməkdaşlığı müzakirə edilib.
“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.
Həmçinin Azərbaycan tərəfi bu ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.
Oxşar xəbərlər
Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib - YENİLƏNİB
Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək
Azərbaycan və Macarıstan enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
