Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir
sizinxeber.az xəbər saytı

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir


Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.

Bu barədə “Sizinxeber.az” “AzerEnerji” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir.

6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat “yaşıl enerji”nin istehsal edilməsi və bununla 24 milyon kubmetr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.

Oxşar xəbərlər

Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”
Prezident: "Erməni işğalından azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək"
“AzərEnerji”: Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kVt/saat “yaşıl enerji” istehsal edilib
Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle