Xantı-Mansi Azərbaycanla çətin çıxarılan neft hasilatında əməkdaşlıq edəcək
sizinxeber.az xəbər saytı

Xantı-Mansi Azərbaycanla çətin çıxarılan neft hasilatında əməkdaşlıq edəcək


Rusiyanın Xantı-Mansi Muxtar Dairəsi (Yuqra) Azərbaycanla çətin çıxarılan neft ehtiyatlarının hasilatı sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Bu barədə “Report” Xantı-Mansi Muxtar Dairəsinin rəhbəri Ruslan Kuxaruka istinadən xəbər verir.

"Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə iş görüşü zamanı əməkdaşlığın mühüm aspektlərini və perspektivlərini müzakirə etdik. Yuqra kimi Azərbaycan da karbohidrogen xammalının, o cümlədən çətin çıxarılan neft ehtiyatlarının hasilatında zəngin təcrübəyə malikdir", - o, sosial şəbəkələrdə yazıb.

R.Kuxaruka əlavə edib ki, "Çətin çıxarılan karbohidrogenlərin mənimsənilməsi texnologiyaları" federal layihəsi çərçivəsində Yuqrada sahə üzrə Kern Tədqiqat Mərkəzi yaradılıb.

"Səfirlə tədqiqat mərkəzimizin Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu sahədə perspektivli iş istiqamətlərindən biri də ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, aktual çağırışların həlli yollarının birgə axtarışı üçün neftçi tələbələrin mübadiləsidir", - məlumatda qeyd olunur.

Muxtar Dairənin rəhbəri bildirib ki, tərəflər, həmçinin mədəni mübadilə məsələlərini və yuqralı artistlərin Azərbaycanda qastrol səfərlərinin təşkili imkanlarını müzakirə ediblər: "Bu, təkcə yuqralıların unikal mədəniyyət və ənənələrini geniş auditoriyaya təqdim etməyə deyil, həm də Yuqra və Azərbaycan artistləri arasında yaradıcı ideyalar və təcrübə mübadiləsi üçün platforma yaratmağa imkan verəcək".

Oxşar xəbərlər

Səfir: "Azərbaycan neft hasilatı sahəsində Rusiya şirkətləri ilə əməkdaşlığa hazırdır"
Surqutda bağ evində baş vermiş yanğında 4 nəfər ölüb
Azərbaycan Prezidenti neft hasilatında buraxılmış nöqsanlarla bağlı xarici neft şirkətlərindən tələbləri açıqlayıb
Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər