Naxçıvan gömrüyü ötən il 51 cinayət xarakterli fakt aşkarlayıb
sizinxeber.az xəbər saytı

Naxçıvan gömrüyü ötən il 51 cinayət xarakterli fakt aşkarlayıb


Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb, o cümlədən 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanılıb.

“Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunu Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında deyib.

O qeyd edib ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214 qramdan artıq marixuana, 106 qramdan artıq tiryək narkotik vasitələr, 1 057 qramdan artıq metamfetamin, 298 ədəd klobazam psixotrop, 28 617 ədəd tramadol (6 min 438,825 qram) - güclü təsir edən maddələr aşkarlanıb.

N. Hacıyev bildirib ki, ötən il Naxçıvan Baş Gömrük İdarəsi, həmçinin 23 ədəd patron və 1 ədəd sandıqça, 13 665 qutu müxtəlif markalı aksizsiz siqaretlər, 39 450 ABŞ dolları və habelə digər predmet və maddələr aşkarlanaraq götürülüb.

Oxşar xəbərlər

Ötən il Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 40 nəfər barəsində cinayət işi başlanıb
Ötən il Naxçıvan gömrüyündə 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanıb
Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib
Сari ilin 11 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 549 cinayət faktı aşkarlanıb
Bəhruz Quliyev: “Bu il Azərbaycanda 1 258 fakt cinayət xarakterli gömrük pozuntusu aşkar edilib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər