Özbəkistan bu il "yaşıl enerji"nin payını 26 %-ə çatdırmağı planlaşdırır
Özbəkistan 2025-ci ildə ölkənin ümumi enerji strukturunda “yaşıl enerji”nin payını hazırkı 16 %-dən 26 %-ə çatdırmağı hədəfləyir.
“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən “Ətraf mühitin mühafizəsi və “yaşıl iqtisadiyyat” ili” Dövlət Proqramı layihəsinə həsr olunmuş müşavirədə bildirilib.
Bu məqsədlə cari ildə 3,5 giqavat gücündə 16 böyük günəş və külək elektrik stansiyası, 160 meqavat gücündə 5 su elektrik stansiyası və 1,8 giqavat həcmində enerji saxlama güclərinin istifadəyə verilməsi planlaşdırılır. "Prezident əlavə olaraq 1 giqavat gücündə layihələrin hazırlanmasını tapşırıb", - ölkə başçısının mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, “yaşıl iqtisadiyyat” yalnız təmiz enerji mənbələrinin inkişafı ilə məhdudlaşmır. Bu konsepsiya həm də müxtəlif sahələrdə enerji səmərəliliyinin artırılmasını nəzərdə tutur.
2025-ci il üçün iqtisadi artım tempinin ən azı 6 % səviyyəsində saxlanılması və ümumi daxili məhsulun 125 milyard ABŞ dollarından çox artırılması planlaşdırılır. Bu hədəfə çatmaq üçün səmərəlilik və qənaət əsas şərtlər kimi müəyyən edilib.
Prezident Baş nazirin müavini - iqtisadiyyat və maliyyə nazirinə xərclərin 15-20 % azaldılmasını və enerji səmərəliliyi hesabına əlavə dəyərin artırılmasını hədəfləyən proqram hazırlamağı tapşırıb.
O vurğulayıb ki, resurs qənaətinə əsaslanan iqtisadi modelə keçid artıq zərurətə çevrilib. "Məsələn, elektrotexnika, avtomobil, əczaçılıq və qida sənayesində istehlak edilən 1 ton enerjiyə düşən əlavə dəyər kimya, tikinti və tekstil sahələrinə nisbətən 15-20 dəfə daha yüksəkdir", - məlumatda qeyd olunub..
Oxşar xəbərlər
Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”
COP29 Azərbaycan Əməliyyat Şirkəti “Yaşıl Enerji Elektrik Stansiyası” MMC ilə memorandum imzalayıb
Nazir: "2030-cu ilə qədər "yaşıl enerji"nin payını 34,7 %-ə çatdırmaq olar"
Orxan Zeynalov: "Cəbrayıl enerji qovşağının Naxçıvan və Türkiyəyə birləşdirilməsi ssenarisi nəzərdən keçirilir"
Yaxın 3 ildə Azərbaycanda 8 günəş-külək elektrik stansiyası şəbəkəyə qoşulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
