"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

“Sizinxeber.az” “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar.

Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

"Azəriqaz" rəhbərliyi Hacıqabulda vətəndaşları qəbul edəcək
"Azəriqaz"ın baş direktoru Qubada vətəndaşlarla görüşüb
“Azəriqaz”ın Baş direktoru: Azərbaycan qazlaşma səviyyəsi üzrə dünyada birinci yerdədir
"Azəriqaz" rəhbərliyi Gəncədə vətəndaşları qəbul edəcək
"Azəriqaz" rəhbərliyi Qubada vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər