Sabah Ağdaşın bir hissəsində qaz olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah Ağdaşın bir hissəsində qaz olmayacaq


Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Sizinxeber.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” qazpayıcı stansiyasında mövcud qaz tənzimləyici qurğunun baypas xətti üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı yanvarın 16-da saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəmsabad 2-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağdaş rayonunun bir hissəsinin (Ağdaş şəhərinin bir hissəsi, rayonun 19 yaşayış məntəqəsi, 6 qeyri-yaşayış) qaz təchizatının dayandırılması işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Oxşar xəbərlər

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq
Bakının bir hissəsi və 3 rayonda qaz olmayacaq
Sabah üç rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Xırdalan və Masazırda qaz olmayacaq
Sabah Hacıqabul və Sabirabadda 10 mindən çox abonentin qazı kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər