SOCAR: Azərbaycanda qazlaşdırma işləri dövlət tərəfindən kapitala yatırımlar hesabına davam etdiriləcək
Azərbaycanda 2024-cü ilin 30 iyun tarixinə qazlaşdırmanın səviyyəsi 96,5 % təşkil edib.
Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü il üzrə yarımillik hesabatına istinadən xəbər verir.
2014-2018-ci illəri əhatə edən birinci qazlaşdırma proqramını tamamladıqdan sonra SOCAR qazlaşdırma prosesini “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir.
Bildirilir ki, 2023-cü ilin dekabrın 31-nə ölkənin qazlaşdırılması 96,46 % səviyyəsində olub.
"Ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsi dövlət tərəfindən kapitala yatırımlar vasitəsilə davam etdiriləcək", - hesabatda deyilir.
Qeyd olunub ki, Bakı şəhəri və ətraf rayonları və regionların sosial-iqtisadi inkişafına yönəldilmiş Azərbaycan Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 saylı Sərəncamına uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi sözügedən ərazilərin qazlaşdırılması imkanlarının təkmilləşdirilməsi ilə bağlı müəyyən öhdəliklər daşıyır.
Oxşar xəbərlər
Sahib Ələkbərov: "Azərbaycan ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdəndir"
“Fitch”: SOCAR 2023-2025-ci illərdə hasilatı artıracaq
Gələn il Naxçıvanın sosial-iqtisadi inkişafına 150 milyon manat ayrılacaq
SOCAR ötən il üçün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
