BP KBR ilə dünya üzrə layihələrdə EPCM xidmətlərinin göstərilməsinə dair üçillik müqavilə imzalayıb
sizinxeber.az xəbər saytı

BP KBR ilə dünya üzrə layihələrdə EPCM xidmətlərinin göstərilməsinə dair üçillik müqavilə imzalayıb


ABŞ-nin mühəndislik-tikinti və xidmət şirkəti KBR Böyük Britaniyanın “BP International Limited” (BP) şirkəti ilə layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (Engineering, Procurement, Construction Management - EPCM) xidmətləri üzrə üçillik müqavilə imzalayıb.

Bu barədə "Report" KBR-ə istinadən xəbər verir.

Məlumata görə, müqavilənin şərtlərinə əsasən, KBR BP-yə dünya üzrə quru, dəniz, yeni və mövcud ənənəvi enerji layihələri, eləcə də yeni enerji sektoru layihələri üçün üç il müddətində, daha iki il uzadılma imkanı ilə EPCM xidmətləri göstərəcək. Bundan əlavə, KBR BP-yə bazarda lider olan lisenziyalı texnoloji həllər təqdim edəcək".

“KBR Sustainable Technology Solutions”un prezidenti Cey İbrahim bildirib ki, BP ilə bu qlobal müqavilə Hyuston, Bakı, Hindistan, Əbu-Dabi, Oman, Sinqapur, Peru və London ofislərindən bir neçə layihə qrupunun əməkdaşlığını əhatə edəcək: “Eyni zamanada, müqavilə KBR-in dünyanın istənilən nöqtəsində mürəkkəb layihələri həyata keçirmək qabiliyyətindən istifadə edəcək".

Hazırda KBR və BP mühəndislik xidmətləri üzrə qlobal müqaviləyə malikdir. Bunun çərçivəsində KBR ABŞ, Şimal dənizi, İraq, Afrika və Azərbaycandakı layihələrdə əsas rol oynayır.

"Bu əlavə qlobal müqavilə EPCM xidmətlərinin imkanlarını genişləndirir. Bizim uğurlu tərəfdaşlığımızı və BP-nin genişlənən portfelini dəstəklədiyimizi nümayiş etdirir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, KBR dünyanın 30-dan çox ölkəsində əməliyyatlar aparır.

Oxşar xəbərlər

Din Tao: “COP29-da Çinin BOEM üzrə aparıcı şirkətləri Azərbaycanla sazişlər imzalayıb”
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı
Polşa və ABŞ “Apache” zərbə helikopterinin tədarükü üzrə müqavilə imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər