Avropa Komissiyası və Slovakiya qaz təchizatı problemləri üzrə işçi qrupu yaradacaq
Avropa Komissiyası (AK) və Slovakiya Ukrayna ərazisi ilə Rusiyadan qaz tranziti haqqında sazişin müddəti başa çatdıqdan sonra bu ölkəyə qaz tədarükü məsələləri üzrə yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəlib.
“Sizinxeber.az” Avropa Komissiyasına istinadən xəbər verir ki, bu barədə AK komissarı Dan Yörgensen və Slovakiyanın Baş naziri Robert Fitsonun birgə bəyanatında deyilir.
"Biz energetika sahəsində vəziyyət və Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılmasının daha ciddi nəticələri barədə açıq müzakirə apardıq. Slovakiya və Avropa Komissiyası arasında bu məsələlərin siyasi və texniki səviyyələrdə müzakirəsini davam etdirəcəyik. Bu kontekstdə vəziyyətin birgə qiymətləndirilməsi əsasında variantları izləmək və müəyyən etmək, həmçinin Aİ-nin bu məsələdə necə kömək edə biləcəyini nəzərdən keçirmək üçün yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəldik", - bəyanatda bildirilir.
Xatırladaq ki, Ukrayna 5 illik müqavilənin müddəti başa çatdığı üçün 2025-ci il yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırıb.
Oxşar xəbərlər
Slovakiyanın Baş naziri Avropa Komissiyası ilə qaz tranzitinə dair müzakirələr aparacaq
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
Aİ və NATO “avtoritar” dövlətlərlə mübarizə üçün işçi qrupu yaradacaq
Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Zelenski Slovakiya liderini tənqid edib: Putinlə sövdələşmə ya dövlət maraqlarının satılması, ya da cibə işləməkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
