Türkiyə şirkətləri 2025-ci ildə Suriyanın elektrik təchizatı ilə məşğul olacaq
sizinxeber.az xəbər saytı

Türkiyə şirkətləri 2025-ci ildə Suriyanın elektrik təchizatı ilə məşğul olacaq


Türkiyənin elektrik enerjisi şirkətləri 2025-ci il ərzində Suriyanın elektrik təchizatı məsələləri ilə məşğul olacaq.

“Sizinxeber.az” “Dünya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“EÜAŞ şirkəti (ən böyük dövlət elektrik enerjisi istehsalı şirkəti - red.) 2025-ci ildə Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsi üzərində işləyəcək. EÜAŞ-ın bu sahədə böyük təcrübəsi var. Biz regionda sabitliyin əldə olunmasına çalışacağıq”, – nazir deyib.

Bayraktarın sözlərinə görə, Suriyanın elektrik təchizatında kömək edəcək ikinci şirkət TEİAŞ-dır.

“Biz TEİAŞ-ı daha da gücləndirməyə çalışırıq. Hazırda artırılmış ötürmə qabiliyyəti ilə yeni elektrik enerjisi ötürmə arxitekturasını həyata keçiririk. 2025-ci il TEİAŞ-ın inkişafı üçün mühüm il olacaq. Bu dövr üçün şirkətin mühüm vəzifəsi qonşumuz Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsidir. Bu kontekstdə TEİAŞ da öz beynəlxalq borcunu yerinə yetirəcək”, – o vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib
Bayraktar: “Akkuyu” AES-in istismarına 2025-ci ildən başlana bilər
Naxçıvanla Türkiyə arasında elektrik enerjisi mübadiləsi olacaq
“Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər
Moldova Ukrayna üzərindən tranzit dayandırıldığı üçün Rumıniyadan elektrik enerjisi alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle